Bakı. Trend:
Beynəlxalq Frankofoniya Təşkilatın çərçivəsində baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Beynəlxalq Frankofoniya Təşkilatında Ermənistan və Fransanın təxribatçı addımlarının iflasa uğramasına dair bəyanatında deyilir.
“BFT çərçivəsində baş verənlər Ermənistanın sülh prosesində
maraqlı olmadığını, mümkün hər fürsətdə Azərbaycanın suverenliyi və
ərazi bütövlüyünə qəsd etmək niyyəti güddüyünü və Fransanın özünün
dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürü kimi
dəyərləndirilməlidir.
Azərbaycan tərəfi Fransanın açıq təhdid və şantajlarına rəğmən,
beynəlxalq hüquqa və BFT-nin humanitar mandatına dönməz sadiqlik
göstərərək, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf
alan və normallaşma prosesinə xələl gətirən pozucu fəaliyyətə
qətiyyətlə qarşı çıxdıqlarına görə tərəfdaş BFT üzv dövlətlərinə
təşəkkürünü bildirir”, - deyə bəyanatda bildirilir.