...

Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub

Siyasət Materials 8 Oktyabr 2024 11:08 (UTC +04:00)
Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu ləğv olunub.

Trend xəbər verir ki, parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında qanun layihəsində Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yer almayıb.

Azərbaycan parlamenti bu qərarı qarşılıqlılıq prinsipi əsasında qəbul edib: keçən il Fransa parlamenti Fransa-Azərbaycan dostluq qrupunu ləğv edib.

Bu il həm Fransada, həm də Azərbaycanda yeni parlament seçkiləri keçirilib. Fransa parlamentarilərinin yeni tərkibi Azərbaycanla dostluq qrupunu formalaşdırmamaq qərarı qəbul edib. Azərbaycan tərəfi də eyni addımı atıb.

Xəbər lenti

Xəbər lenti