...

Prezident İlham Əliyev: Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir

Siyasət Materials 9 Oktyabr 2024 16:27 (UTC +04:00)
Prezident İlham Əliyev: Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir

Bakı. Trend:

Ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edərkən deyib.

44 günlük Vətən müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd edib ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti