...

Bu gün illik fəaliyyətimizin Ulu Öndər qarşısında məruzə anı olaraq dəyərləndirilməlidir - Nazir müavini

Siyasət Materials 12 Dekabr 2024 09:53 (UTC +04:00)
Bu gün illik fəaliyyətimizin Ulu Öndər qarşısında məruzə anı olaraq dəyərləndirilməlidir - Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bütün digər müqəddəs aspektlərlə bərabər, illik fəaliyyətimizin Ulu Öndər qarşısında məruzə anı olaraq dəyərləndirilməlidir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov deyib.

O bildirib ki, bu gün, əslində, bir mənada həm dövlət orqanlarında işləyənlərin, dövlət qulluqçularının, həm də digər vətəndaşların illik Ulu Öndərə məruzəsi vaxtına çevrilib:

"Simvolik olaraq bu belədir. Çünki mən buraya gələndə, doğrudan da, bu il ərzində elədiklərimi düşünürdüm. Bu il ərzində Azərbaycan üçün, xalqımız üçün hansı addımlara, uğurlara imza atmağımızla bağlı düşüncülər ağlımda idi.

Ona görə də mənim üçün artıq bu gün bütün digər müqəddəs aspektlərlə bərabər illik fəaliyyətimizin Ulu Öndər qarşısında məruzə anı olaraq dəyərləndirilməlidir".

Qeyd edək ki, bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il keçir.

Xəbər lenti

Xəbər lenti