Bakı. Trend:
Qəzzada humanitar faciə baş verib. Son 15 ay ərzində infratruktur dağıdılıb.
Trend xəbər verir ki, bunu Asiya Parlament Assambleyasının baş katibi Mohammad Reza Majidi APA-nın “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusunda keçirilən 15-ci Plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, APA Fələstin xalqına dəstək olmaq istəyir:
“Onlarla fələstinli və onların uşaqları qətlə yetirilib. Bizdə az da olsa, ümid var ki, əldə edilən atəşkəs uzunmüddətli olacaq. APA məsələni gündəlikdə saxlamaq niyyətindədir”.