...

Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Siyasət Materials 4 Mart 2025 17:48 (UTC +04:00)
Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb. TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti