...

Prezident İlham Əliyev: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir

Siyasət Materials 2 Dekabr 2025 11:09 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Laos ilə əlaqələrin genişlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitə bu ölkənin yaranmasının 50-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti