Bakı. Trend:
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi sosial şəbəkə hesabında paylaşım edib.
Trend xəbər verir ki, paylaşımda qeyd olunub:
"Əminəm ki, Azərbaycan gəncləri öz uğurları, qələbə və nailiyyətləri ilə xalqımızı daim sevindirəcək və ölkəmizin inkişafına layiqli töhfələrini verəcəklər".
