"Azərbaycan prezidenti yanında Əfv komissiyasında hazırda 300-dək məhbusun işinə baxılır. Onların böyük bir qismininprezidentin növbəti əfv fərmanı ilə azad olunacağı istisna olunmur". Bunu prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Trend ə müsahibəsində bildirmişdir.
Onun sözlərinə görə, hazırda komissiya üzvləriməhbus ailələrindən aldıqları müraciətləri araşdırırlar. "İyunun 14-də keçirilmiş Əfv komissiyasının iclasında artıq bəzi məhbusların işinə baxılmışdır. Hazırda əfv fərmanına daxil ediləcək məhbusların siyahısı üzərində iş davametdirilir. Fərmanın nə vaxt imzalanacağı isə dövlət başçısının müstəsna səlahiyyətidir",- deyə Fuad Ələsgərovvurğulamışdır.