...

AQB SEÇKİ BLOKUNUN ÜZVLƏRİ MKM-İN NAMİZƏDLƏR SİYAHISINA DAXİL OLMAYACAQ

Siyasət Materials 16 İyun 2005 21:45 (UTC +04:00)

Azərbaycançı Qüvvələr Birliyi Seçki Bloku parlament seçkisində başqa bloklarla birgə iştirak etməyəcək. Seçki Blokundan Trend ə bildirilib ki, burada təmsil olunan üç partiya seçki ilə bağlı digər siyasi partiya və seçki blokları ilə yalnız əməkdaşlıq edəcək. Lakin seçkidə namizədlərini yalnız Azərbaycançı Qüvvələr Birliyi (AQB) Seçki Bloku çərçivəsində irəli sürüləcək.

Qeyd edək ki, bu günlərdə yaradılacaq siyasi partiyaların Milli Koordinasiya Mərkəzinə (MKM) AQB-də təmsil olunan partiyalar da qoşulacaq. MKM-də birləşən partiyaların seçkidə bu qurum çərçivəsində iştirak edəcəyi bildirilib. Lakin AQB Seçki Bloku seçkidə MKM-in namizədləri kimi iştirak etmək fikrində deyil. Çünki AQB Seçki blokunun digər seçki qurumlarına qoşulmamasına və parlament seçkisində yalnız özünün tək iştirak etməsinə qərar verilib. MKM-ə qoşulmaqla isə AQB Seçki Bloku oradakı partiyalarla əməkdaşlıq edəcək, seçkilərin demokratik keçirilməsi üçün fəaliyyətlərini koordinasiya edəcəklər. AQB-nin "Yeni Siyasət" və digər seçki blokları ilə də əməkdaşlıq etməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti