...

"YeS" SEÇKİ BLOKUNA YENİ ÜZVLƏR QƏBUL EDİLİB

Siyasət Materials 20 İyun 2005 14:44

Trend-i buradan izləyin

"Yeni Siyasət" seçki blokuna yeni üzvlər qəbul edilib. Bu barədə Trend ə blokun üzvü, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib. O, bildirib ki, müxtəlif təbəqələri təmsil edən bir sıra nüfuzlu şəxslərin "YeS" blokuna daxil olmasına razılıq verilib. İyunun 23-də Beynəlxalq Mətbuat Mərkəzində onlar cəmiyyət üçün təqdimatı keçiriləcək. E.Namazov onu da deyib ki, "Yeni Siyasət" blokunun Məclisi yaradılıb və iyunun 23-də həm də məclisin ilk iclası keçiriləcək: "Həftənin üçüncü günü blokun Məclisinin təqdimatı olacaq, həmçinin yeni üzvlərin adları açıqlanacaq, onların bloka qoşulamsı elan olunacaq. Yeni üzvlər arasında gənclər, elm adamları, ictimaiyyət nümayədələri, təcrübəli dövlət xadimləri, iş adamları var. Təqdimat mərasiminə qədər yeni üzvlərin sayı arta bilər. Ümumiyyətlə "Yeni Siyasət" bloku xeyli genişlənəcək" -deyə E.Namazov bildirib.

O, həmçinin qeyd edib ki, daxil olan yeni üzvlər də blokun Məclisində təmsil olunacaqlar. E.Namazov əlavə edib ki, "YeS" digər seçki blokları ilə əməkdaşlığa hazırdır. E.Namazov digər müttəfiqlərinə siyasi, mənəvi dəstək verdiklərini və bundan sonnra da siyasi qüvvələr arasında əməkdaşlığın davam etdirilməsinə çalışacaqlarını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti