...

A. QROSS: "AZƏRBAYCAHDA SEÇKİLƏRİH DEMOKRATİK KEÇİRİLƏCƏYİHİ ÜMİD VAR, İHAM YOXDUR"

Siyasət Materials 5 İyul 2005 19:10 (UTC +04:00)

"Azərbaycanda qarşıdan gələn parlament seçkilərinin demokratik keçirilməsinə ümid var, inam yoxdur". Trend informasiya agentliyi xəbər verir ki, bu ifadələri Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) Monitorinq Komitəsinin Bakıda keçirilmiş iclasından sonra, qurumun Azərbaycan üzrə məruzəçisi , isveçrəli deputat Andreas Qross iyulun 5-də jurnalistlər üçün təşkil olunmuş brifinqdə səsləndirmişdir.

Tədbirdə AŞ PA-nın Monitorinq Komitəsinin sədr müavini xanım Severenson, qurumun Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel, AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Devid Atkinson, eləcə də AŞ PA-dakı Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak etmişlər.

Milli Məclisdə Seçki Məcəlləsinə əlavə və dəyişiklər müzakirə edilərkən Avropa Şurası Venetiya komissiyasının tövsiyyələrinin, eləcə də seçki
komissiyalarının tərkibinin dəyişdirilməsi ilə bağlı müxalifət partiyalarının təkliflərinin nəzərə alınmadığını mənfi hal kimi qeyd edən Andreas Qross, ölkədəki seçkiqabağı vəziyyətdən razı qalmadıqlarını bildirmişdir.

O, seçki komissiyalarının tərkibinin qeyri-bərəbər formalaşdırılmasından narahatlıq keçirdiklərini vurğulamışdır. Seçkilərin taleyinin paytaxtda deyil, Azərbaycanın rayonlarında həll olunacağını qeyd edən həmməruzəçi, bu məqsədlə Azərbaycanın bölgələrinə səfər edəcəklərini bildirmişdir.

Gəncə , Qazax, Şəki və Qəbələ rayonlarına səfər etdikdən sonra yenidən Bakıya dönəcəklərini qeyd edən A.Qross, səfərin yekunları ilə bağlı cümə günü KİV üçün mətbuat konfransı keçirəcəklərini söyləmişdir.......
(ardı var....)

Xəbər lenti

Xəbər lenti