...

İTALİYANIN SƏFİRİ MARQARİTA KOSTA AZƏRBAYCANI TƏRK EDİR

Siyasət Materials 8 Avqust 2005 13:46 (UTC +04:00)

Avqustun 20-də İtaliyanın Azərbaycandakı səfiri Marqarita Kostanın diplomatik missiyası başa çatır. Bu barədə Trend ə İtaliyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Gələn həftə səfir Azərbaycanın rəsmi şəxsləri ilə son görüşlər keçirəcək. Xatırladaq ki, M.Kosta Azərbaycanda 4 il işləyib, hazırda diplomatın növbəti təyinatı İtaliyanın XİN qərarı ilə müəyyən olunacaq.

İtaliyanın Azərbaycandakı yeni səfiri vəzifəsinə isə Can Luici Maşa təyin olunub. Azərbaycan onun səfir vəzifəsində ilk dəfə çalışacağı ölkədir.Azərbaycana təyin olunan qədər o, Vyanada beynəlxalq təşkilatlarda İtaliyanın rəsmi nümayəndəsi olub.

Xəbər lenti

Xəbər lenti