...

SOSİAL RİFAH PARTİYASININ SEÇKİDƏ 10 NAMİZƏDİ İŞTİRAK EDİR

Siyasət Materials 10 Avqust 2005 18:04 (UTC +04:00)

Azərbaycan Sosial Rifah Partiyasının parlament seçkisində 10 nəfər namizədi iştirak edir. Bu barədə Trend ə partiyanın sədri, millət vəkili Xanhüseyn Kazımlı məlumat verib.

O, bildirib ki, partiya üzvü olan namizədlər artıq seçki dairələrinə müraciət ediblər. Xanhüseyn Kazımlı özü 66 saylı Biləsuvar seçki dairəsindən seçki dairəsindən namizədliyini irəli sürüb.

O, imzatoplama kampaniyasını artıq başa vurmaq üzrədir və yaxın günlərdə imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Artıq bir dəfə parlament seçkisində iştirak etdiyini və qalib gəldiyini deyən X.Kazımlının sözlərinə görə, qazandığı seçki təcrübəsi ona ikinci dəfə də uğur gətirəcək.

Sosial Rifah Partiyasının seçkidə iştirak edən digər üzvləri isə həm Bakıdan, həm də ayrı-ayrı bölgələrdən namizədliklərini veriblər. X.Kazımlının sözlərinə görə, partiyanın namizədləri arasında politologiya, filologiya, iqtisadiyyət elmləri üzrə müxətəssislər, həmçinin həkim-cərrah, bələdiyyə üzvü olan şəxslər var.

Xəbər lenti

Xəbər lenti