...

HACI MƏMMƏDOV MƏHKƏMƏDƏ İFADƏ VERİB

Siyasət Materials 11 Avqust 2005 14:16 (UTC +04:00)

Avqustun 11-də MTN İstintaq Təcridxanasında qanunsuz silah saxlamaqda təqsirləndirilən Xosrov Cavadovun məhkəməsi davam etdirilib. Trend in məlumatına görə, məhkəmə iclası MTN təcridxanasında keçirildiyindən prosesə təqsirləndirilən şəxsin vəkilindən başqa heç kim buraxılmayıb.

Məhkəmə iclasında DİN Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, polkovnik-leytenant, hazırda bir sıra ağır cinayətlərdə təqsirləndirilən Hacı Məmmədov və onun sürücüsü Rövşən Quliyev şahid qismində dindilirib. Hacı Məmmədov ifadəsində göstərib ki, Saray qəsəbəsində yerləşən və anasına məxsus olan mülkdən tapılmış həmin silahlar özünə məxsusdur. Bacısının əri Xosrov Cavadovun həmin silahlardan xəbəri olmayıb.

Digər şahid Rövşən Quliyevin ifadəsinə görə isə, bu ilin əvvəlində Hacı Məmmədov Qarabulaqdakı istirahət mərkəzində ona bir neçə qutu verib və Saraydakı mülkə aparmasını tapşırıb. R.Quliyev də həmin qutuları deyilən ünvana gətirərək Xosrov Cavadova verib. Şahid onu da məhkəmənin nəzərinə çatdırıb ki, qutuların içərisində silah olduğunu bilməyib.

Məhkəmə iclası avqustun 19-da Abşeron rayon Məhkəməsində açıq şəkildə davam etdiriləcək. Vəkil Aydın Nəzərlinin məlumatına görə, həmin gün prosesin yekunlaşacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti