...

AVQUSTUN 15-DƏ BAŞ PROKURORLUQDA "AÇIQ QAPI" TƏDBİRİ KEÇİRƏLƏCƏK

Siyasət Materials 11 Avqust 2005 19:35 (UTC +04:00)

Avqustun 15-də Baş Prokurorluğun binasında "Açıq qapı" tədbiri keçiriləcək. Bu barədə Trend ə Baş Prokrorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlət orqanlarının fəaliyyətində aşkarlığın təmin olunmasına, mütərəqqi iş üslubunun tətbiq edilməsinə, kütləvi informasiya vasitələri ilə əlaqələrin təkmilləşdirilməsinə dair verdiyi göstərişlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir.

"Açıq qapı" tədbiri də həmin tədbirlərin davamı kimi təşkil olunacaq. Kütləvi informasiya vasitələri "Açıq qapı"da iştirak edə bilərlər. Bunun üçün Baş Prokurorluğun ictimaiyyətlə əlaqlər şöbəsi ilə əlaqələ saxlayıb qeydiyyatdan keçmək lazımdır.

Xəbər lenti

Xəbər lenti