...

TERRİ DEVİS: AZƏRBAYCAN KEÇİD DÖVRÜNDƏ YAŞAYAN ÖLKƏLƏR ÜÇÜN FLAQMAN ROLUNU OYNAYA BİLƏR

Siyasət Materials 30 Avqust 2005 20:45 (UTC +04:00)

"Bir neçə il öncə başlanan Praqa prosesi Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması perspektivlərini nəzərəçarpacaq dərəcədə yaxınlaşdırıb". Trend in məlumatına görə, bu fikirləri Avropa Şurasinin baş katibi Terri Devis bu qurumun Bakıdakı informasiya ofisinə verdiyi müsahibəsində deyib. T.Devis Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesinə dair fikirlərini bildirərkən atəşkəs rejiminin pozulmasından təəssüfləndiyini də dilə gətirib.

Terri Devis Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycanda mövcud ictimai-siyasi durumla bağlı ciddi narahatlıqların əksini tapdığı bəyanatına da münasibətini bildirib. O, deyib ki, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə hər iki həmməruzəçisi təcrübəli parlamentarilərdir və Azərbaycanda insan haqlarının durumu və siyasi vəziyyətlə yaxından tanışdırlar. Ona görə də T.Devis Azərbaycanda baş verənlərlə bağlı həmməruzəçilərin gəldiyi nəticələrə tam etibar etdiyini vurğulayıb. "Sübhəsiz ki, Azərbaycanda sərbəst toplaşma və azad fakir ifadə etməklə bağlı bir sıra ciddi çatışmamazlıqlar mövcuddur.

Bunlar demokratik ölkədə riayət edilməli olan əsas insan haqlarıdır.

Bundan əlavə, təkmilləşdirilməyə ehtiyacı olan digər sahələr də var. Xüsusilə də hakimiyyət və müxalifət arasında səmimi və konstruktiv dialoqun aparılması vacibdir. Münasibətlərin normallaşması və ölkənin siyasi həyatında aydınlıq abu-havasının yaradılması üçün hər iki tərəfin siyasi iradəsinə ehtiyac var"-deyə Terri Devis bildirib.

AŞ-nin baş katibi Azərbaycanda qarşıdan gələn seçkilər haqqında danışarkən deyib ki, bir sıra nöqsanların müşahidə edildiyi əvvəlki seçkilərdən sonra azad və ədalətli seçkilərin heç bir alternativi yoxdur. Məhz buna görə də seçəkilərin düzgün keçirilməsinə dəstək məqsədilə AŞ-nin üç hissədən ibarət fəaliyyət planı işləyib hazırladığını diqqətə çatdırıb:

"Mən əminəm ki, əgər Azərbaycan xalqı öz cəmiyyətində demokratiyanın inkişafını istəyirsə onun əlində gözəl vasitə var. Bu vasitə Avropa Şurasına üzv olmaqdan ibarətdir. Təşkilatımızda üzv olaraq Azərbaycan bizə məxsus olan qaydaları, standartları, dəyərləri və təcrübəni istifadə edə biləcək"-T.Devis əlavə edib.

O, AŞPA-nın seçkilərə özünün müşahidəçilər missiyasını göndərcəyini də deyib: "Seçkilər tam qanuna uyğun olaraq kecirilməlidir. Azərbaycan demokratiya imtahanını verə biləcəyini göstərmək üçün fürsətə malikdir və keçid dövründə yaşayan digər ölkələr üçün flaqman rolunu oynaya bilər"-deyə T.Devis vurğulayıb.

Xəbər lenti

Xəbər lenti