...

M.LİDNBERQ: AVROPA ŞURASI PARLAMENT SEÇKİLƏRİ ƏRƏFƏSİNDƏ AZƏRBAYCANDA TƏBLİĞAT İŞLƏRİNİ FƏALLAŞDIRIR

Siyasət Materials 1 Sentyabr 2005 16:44 (UTC +04:00)

Avropa Şurasının nümayəndələri Azərbaycanda seçkiqabağı dövrdə fəal istifadə olunacaq təbliğat plakatlarının, broşyurların, kitab və televiziya proqramlarının və reklam çarxlarının hazırlanması üzrə işlər aparırlar. Trend in məlumatına görə, bu barədə AŞ baş katibinin Azərbaycanda xüsusi nümayəndəsi Mats Lindberq sentyabrın 1-də mətbuat konfransında bildirib.

M. Lindberq qeyd edib ki, təbliğat işləri əsas etibarilə 3 istiqamətdə aparılır: seçicilərə seçki prosedurunun izah edilməsi və yaxud da səsvermədə iştirak üzrə qaydalar; ikinci istiqamət vətəndaşların seçkilərdə iştiraka marağını artırmaqdan ibarətdir; üçüncü istiqamət seçiciləri parlamentin funksiyalarf, rolu və işi ilə tanış etməkdir.

"AŞ-nın Bakıdakı nümayəndəliyi Azərbaycanda seçkiqabağı "AŞ-nın fəaliyyət proqramı" çərçivəsində bilavasitə informasiya layihələrinin hazırlanması ilə məşğul olan QHT-ə maliyyə yardımı göstərir", -deyə diplomat qeyd edib. Onun sözlərinə görə, 6 noyabr seçkilərində qadın seçicilərin fəallaşması ilə bağlı informasiya işinə xüsusi diqqət ayrılıb.

Eyni zamanda, o da bildirilib ki, AŞ nümayəndəliyi ANS telekanalı ilə birgə "Mən avropalı olmaq istəyirəm" adlı videomaterial hazırlayıb. Həmin proqram sentyabrın 5-də, Bakıda AŞ sədri Terri Devisin iştirakı ilə keçiriləcək "Seçkilər və demokratiyanın inkişafı" konfransının keçiriləcəyi gün efirə çıxacaq.

Xəbər lenti

Xəbər lenti