...

"AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKU OKTYABRIN 1-DƏ MİTİNQ KEÇİRƏCƏK

Siyasət Materials 2 Sentyabr 2005 14:13 (UTC +04:00)

"Oktyabrın 1-də "Qələbə" meydanında kütləvi mitinq keçirməyi qərara almışıq". Bu barədə Trend agentliyinə müxalifət mövqeyindən çıxış edən "Azərbaycançı Qüvvələr" (AQ) seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli məlumat verib.

R.Əhmədli bildirib ki, mitinq sırf seçkilərlə bağlı keçirilməyəcək. Buna hazırlıqla bağlı AQ seçki blokunun üzvü olan Birlik Partiyasının sədri Xudadat Xudiyevin sədrliyi ilə təşkilat komitəsi yaradılıb. Mitinqdə yalnız "Qarabağ", "İş, çörək", "Azad insan, azad seçki" şüarları səslənəcək.

Təxminən 15 min insanın mitinqə çıxaracqlarını bildirən R.Əhmədli artıq bu istiqamətdə namizədlərlə seçicilər arasında sentyabrın 1-dən təbliğat aparıldığını qeyd edib.

R.Əhmədli həmçinin vurğulayıb ki, AQ seçki bloku seçkilərin "exit pool"un nəzarəti altında keçirilməsinin tərəfdarıdır.

Xəbər lenti

Xəbər lenti