...

İSA QƏMBƏR:"MƏN BEYNƏLXALQ TƏŞKİLATLARININ NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCANDAKI PARLAMENT SEÇKİLƏRİ İLƏ BAĞLI NİKBİNLİYİNİ BAŞA DÜŞƏ BİLMİRƏM

Siyasət Materials 5 Sentyabr 2005 15:07 (UTC +04:00)

"Mən Azərbaycanda parlament seçkiləri ilə bağlı məsələlərdə beynəlxalq təşkilatların nümayəndələrinin nikbinliyini başa düşə bilmirəm". Belə bir bəyanatla sentyabrın 5-də Bakıyda keçirilən "Seçkilər və demokratik inkişaf" adlı konfransda müxalifətçi "Müsavat" partiyasının lideri İsa Qəmbər çıxış edib.

"Sözsüz ki, beynəlxalq birliyin Azərbaycandakı parlament seçkilərinə bu qədər böyük diqqət ayırması bizi sevindirir. Lakin mənim qarşımda 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərinin əsas saxtalaşdıranlardan biri olan Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov əyləşib" -deyə "Müsavat" lideri bildirib.

O eyni zamanda qeyd edib ki, məhz hazırki hökumət 694 seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etmək barədə qərar çıxarmışdı.

İsa Qəmbərin sözlərinə görə, həmin hadisələrlə əlaqədar bir nfər belə məsuliyyətə cəlb olunmamışdı. Bu deyilənlərə cavab olaraq AŞPA eks-prezidenti, hazırki üzvü lord Rassel Conson qeyd edib ki, AŞPA seçkilərin ədalətli keçiriləcəyinə ümid edir.

"Mən seçkilər barədə qabaqcadan danışa bilmərəm, lakin əminliklə deyə bilərəm ki, hətta pis qanunvericilik zamanı da ədalətli, şəffaf və demokratik seçkilərin keçirilməsi mümkündür. Mənim mövqeyim ondan ibarətdir ki, Azərbaycanın hazırki seçki qanunvericiliyində Avropa Şurası standartlarına cavab verən seçkilərin keçirilməsi üçün bütün şanslar var"- deyə T.Devis bildirib.

Xəbər lenti

Xəbər lenti