...

FUAD ƏLƏSGƏROV: RƏSUL QULİYEVİN ÜZƏRİNDƏN "TOXUNULMAZLIQ STATUSU" GÖTÜRÜLMƏYİB

Siyasət Materials 5 Sentyabr 2005 18:13 (UTC +04:00)

Eks-spiker, Azərbaycan Demokrat partiyasının (ADP) sədri Rəsul Quliyev MSK-da deputatlığa namizəd kimi qeydiyyatdan keçirilib və onun üzərindən "toxunulmazlıq statusu" götürülməyib.

Trend agentliyi bildirir ki, sentyabrın 5-də "Seçkilər və demokratik inkişaf" mövzusunda keçirilmiş konfransda Azərbaycan prezidenti İcra aparatının hüquq-mühafizə orqanları ilə iş üzrə şöbənin müdiri Fuad Ələsgərov bu bəyanatla çıxış edib.

Onun sözlərinə görə, R.Quliyevin " toxunulmazlıq statusu" MSK-ya rəsmi qeydiyyat günündən səsvermənin rəsmi nəticələri açıqlanan günədək qüvvədədir.Amma həmin "immunitet" yalnız "qeydiyyat dövründən sonra" namizəd tərəfindən törədiləcək qanun pozuntularına aiddir.

"Belə bir halda Rəsul Quliyevin həbsi yalnız Azərbaycanın baş prokurorunun sanksiyası ilə mümkün olacaq.Amma "toxunulmazlıq statusu" eks-spiker tərəfindən Azərbaycan MSK-ya qeydiyyatadək törədilmiş qanun pozuntularına münasibətdə qüvvədə deyil"-deyə prezidentin İcra aparatının nümayəndəsi bildirib.

"2000-ci ilin 10 oktyabrından Rəsul Quliyevin həbsi barədə hökm verilib və bu, icra olunmalıdır.Yəni Bakıya gəldiyi təqdirdə o, həbs ediləcək"-deyə Fuad Ələsgərov qeyd edib.

Xəbər lenti

Xəbər lenti