Azərbaycan prezidenti İlham Əliyev öz braziliyalı həmkarı Luis İnasiu Lula da Silvaya Braziliya xalqının milli bayramı -Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.
Trend bildirir ki, məktubda İlham Əliyevin Azərbaycanla Braziliya arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin gələcəkdə daha da möhkəmləndiriləcəyinə ümid etdiyi qeyd olunur.