Prezident İlham Əliyev Yardımlı rayonuna səfəri çərçivəsində Heydər Əliyevin büstünün açılışında iştirak edib.
Yardımlıya ilk dəfə gəldiyini deyən prezident İ.Əliyev cənub bölgəsinin inkişafına çox böyük önəm verdiyini deyib. O bildirib ki, görülən işlər də bölgədə inkişafın olduğunu göstərir. Yardımlıda uzun müddət bir sıra problemlərin olduğuunu xatırldadan prezident qeyd edib ki, ölkənin inkişaf strategiyası paytaxtda hazırlanır, ancaq çox şey yerlərdə görülən işlərdən asılıdır. Ona görə də insanlar gərək öz vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirsinlər.
Ölkənin çox böyük potensialı olduğunu deyən prezident kadrlar məsələəsinə də toxunub. O deyib ki, Azərbaycanda güclü kadr potensialı var və bütün bunlar Azərbaycanın güclü ölkəyə çevrilməsinə şərait yaradır.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan prezident deyib ki, bu məsələdə Azərbaycanın mövqeyi üstünlük təşkil edir, bununla bağlı bir sıra qərarlar da qəbul olunub. Həmin qərarlar da bizim haqlı olduğumuzu dünyaya sübut edir. Prezident Yardımlıda çıxışı zamanı qonşu ölkələrlə Azərbaycanın münasibətinə toxunub. O deyib ki, Azərbaycanın heç bir ölokə ilə problemi yoxdur. "Biz qonşu ölkələrlə münasibətlərimizi dostluq və etimad əsasında qururuq",- deyə İ.Əliyev bildirib.
Regionların inkişafı və işsizlik probleminin həllinə toxunan prezident bu günə qədər 3 min iş yerinin açıldığını qeyd edib. Onun sözlərinə görə, bu iş yerlərinin çoxu daimi iş yerləridir. "Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada yenilik, inkişaf olmasın". Prezident sosial sahədə də islahatlar aparıldığını, təqaüdlərin, pensiyaların artdığını deyib. "Amma bu bizi qane etmir. Azərbaycanda 1 milyondan artıq pennqsiyaçı var, onların pensiyaları nə onları qane edir, nə də bizi. Amma hər şey ölkənin maddi vəziyfyətilə bağlıdır". İ.Əliyev dövlət büdcəsinin ilbəil artdığını xatıradaraq deyib ki, artımın əsas səbəblərindən biri də əldə olunan gəlirlərlə bağlı maliyyə nizam-intizamının olmasıdır.
Sonra prezident çıxışı zamanı Bakı-Tbilisi-Güyhan neft kəmərənin açılışına toxunub . O bildirib ki , H.Əliyevin iradəsi nəticəsində əfsanə reallığa çevrildi. O daha sonra əlavə edib ki, ölkənin inkişafı üçün bütün sahələr üzrə strategiya müəyyənləşib, əsas inkişaf 2006-2008-ci illərdə olacaq. Ondan sonra ölkə başçısı çıxışı zamanı siyasi islahatlar və demokratikləşmə prosesi haqqında da danışıb. "Demokratiyanın inkişaf etdiyi hər yerdə iqtisadi inkişaf da var. "Harada demokratiya yoxdur, orada inkişhaf da yoxdur. Buna heç bir amil, hətta neft və qaz kimi amillər də təsir etmir. Əgər biz Azərbaycanın 30-50 ildən sonrakı gələcəyini düşünürüksə, gərək onun bütün regionları inkişaf etsin. Bizim işimizin özünəməxsus özəllikləri, mütərəqqi ideyalarımız var".
Sonra prezident Heydər Əlyievin Azərbaycan xalqı qarşıısındakı fəaliyyətlərindən danışıb. İ.Əliyev rayon ictimiyyəti ilə görüşdən sonra Heydər Əliyevin muzeyinin açılışında iştirak edib və daha sonra Yardımlıdakı tarix diyarşünaslıq müzeyinə baş çəkib.