...

DİN BAŞ MÜTƏŞƏKKİL CİNAYƏTKARLIQLA MÜBARİZƏ İDARƏSİNDƏ YOXLAMA APARILIB

Siyasət Materials 9 Sentyabr 2005 19:18 (UTC +04:00)

Sentyabrın 9-da Avropa Şurasının İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (DİN BMCMİ) və Nəsimi rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanalarında monitorinq keçirib. Bu barədə Trend ə Elçin Behbudov məlumat verib.

Komitə sədrinin sözlərinə görə, yoxlama apardığı idarələrin heç birində kobud qanun pozuntusu ilə üzləşməyib. "Yeganə problem şübhəli şəxs qismində tutulanların müvəqqəti saxlama yerlərində qanunda nəzərdə tutulmuş müddətdən artıq saxlanmalarıdır" - deyə hüquq müdafiəçisi bildirib.

Xəbər lenti

Xəbər lenti