"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sentyabrın 12-də Ədliyyə Nazirliyinin binası qarşısında piket keçirmək cəhdi polislər tərəfindən dağıdılıb". Bu barədə Trend -ə AMDP sədrinin birinci müavini Şəmsəddin Rəhimli bildirib.
O, qeyd edib ki, piketdə 50-55 partiya üzvü iştirak edib: "Polislər bizim qarşımızı kəsərək Hüseyn Cavid adına bağdan kənara buxamadılar. Qətnaməni də elə həmin ünvanda oxuduq. Sənədi partiya sədrinin siyasi məsələlər üzrə müavini Bakir Həsənbəyli Ədliyyə Nazirliyinə təqdim edib".
Ş.Rəhimli onu da bildirib ki, polislər aksiya iştirakçılarından bir neçə nəfərini Yasamal Rayon Polis Şöbəsinin 27-ci polis bölməsinə apardıqdan iki saatdan sonra azadlığa buraxıblar.
Ədliyyə Nazirliyi qarşısında partiyanın qeydiyyata alınması məsələsi ilə bağlı AMDP-nin iki gündən bir piket keçirəcəyini qeyd edin Ş.Rəhimli: "Növbəti piketimiz sentyabrın 14-də olacaq" - deyə bildirib.