Sentyabrın 12-dən başlayaraq Azərbaycan Respublikaksı Silahlı Qüvvələrinin nümayəndələri Bakıda və xarici ölkələrdə keçirilən tədbirlərə qatılıblar. Bu barədə Trend ə Azərbaycan respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 12-dən 15-dək NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində Almaniyanın Qarmış- Partenkirkex şəhərində "Müdafiə iqtisadiyyatı - Müdafiə transformasiyası və təhlükəsizlik" mövzusunda konfrans keçirilir.
Sentyabrın 12-dən16-dək Bakı şəhərində "Silahlı münaqişələr hüququ" kursu, Almaniyanın Oberammerqau şəhərində isə "Sülhün dəstəklənməsi əməliyyatları" üzrə kurslar başlanıb.
Sentyabrın 13-dən 23-dək Albaniyanın Vlore şəhərində "Cooperative Engagcment-05" təlimi, Macarıstanın Budapeşt şəhərində isə "Hava əməliyyatları üzrə ingilis dili" kursu keçiriləcək.
Sentyabrın 13-dən 15-dək Makedoniya Respublikasının Skopye şəhərində "Cooperative Assosiate-05" təliminin yekun planlaşdırma konfransı öz işinə başlayacaq.
Sentyabrın 13-dən 16-dək Rumıniyanın Konstansa şəhərində "Tomis-05" fövqəladə hallar üzrə beynəlxalq təlim keçiriləcək.
Sentyabrın 12-dən 16-dək Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq London şəhərində "Silahlara nəzarət" təlim kursu keçirilir.
Sentyabrın 25-dək isə Çex Respublikasının Vişkov şəhərində "Sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçılar" kursları keçiriləcək.
Sentyabrın 12-dən 16-dək Azərbaycan Respublikası ilə ABŞ arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vaşinqton və Norfolk şəhərlərində Dəniz Fövqəladə Əməliyyatlar Mərkəzinin Əməliyyat və Planlaşdırma proseduraları ilə tanışlıq keçiriləcək.
Sentyabrın 12-dən 23-dək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Kocaeli şəhərində "Kütləvi qırğın silahlarından mühafizə" kursu keçiriləcək.
Sentyabrın 13-dən 15-dək Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Sofiya şəhərində "Hərbi və xüsusi məhsulların keyfiyyətinə nəzarət və idarəetmə sistemi" üzrə ekspertlərin işçi görüşü,
Azərbaycan Respublikası ilə Litva Respublikası arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq Vilnüs şəhərində "Hərbi-siyasi danışıqlar" keçiriləcək.