...

AZƏRBAYCAN STANDARTLAŞDIRMA SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI İSVEÇRƏ İLƏ DANIŞIQLAR APARIR

Siyasət Materials 14 Sentyabr 2005 13:30 (UTC +04:00)

Azərbaycan standartlaşma sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara unifikasiyası ilə bağlı danışıqlar aparır. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.

Onun sözlərinə görə, İsveçrə hökuməti ölkədən ixrac olunan mallara yeni standartların tətbiq olunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə texniki yardım göstərəcək. Azərbaycan bəzi məhsulların ixracı zamanı bir sıra problemlərlə üzləşir. Belə ki, müvafiq standartların olmaması üzündən dünya bazarına çıxa bilmir. Nazir müavininin fikrincə, bütün bu problemləri aradan qaldırmaq zəruridir.

Xəbər lenti

Xəbər lenti