...

MİLLƏT VƏKİLİ B. ƏLİYEV ALMATIDA KEÇİRİLƏN İKİNCİ AVASİYA FORUMUNDA ÇIXIŞ EDİB

Siyasət Materials 16 Sentyabr 2005 21:15 (UTC +04:00)

"Avropa Şurasının Almatıda keçirilən miqrasiya, köçkünlər və əhali məsələlərinə dair birinci Avrasiya forumunda Azərbaycandakı vəziyyətlə bağlı çıxış etdim" Bu barədə Almatıda keçirilən bu tədbirdə Azərbaycan nümayəndə heyətini təmsil edən millət vəkili Bəxtiyar Əliyev bildirib.

B.Əliyev "Trendə" bildirib ki, öz çıxışında Azərbaycan ərazilərinin bir hissəsinin ermənilər tərəfindən işğal edilməsi, qaçqın və köçkünlərin vəziyyəti, eyni zamanda Azərbaycanla qonşu olan dövlətlərdə baş verən münaqişələr nəticəsində ölkəmizə gələn miqrantların yerləşdirilməsi ilə bağlı Azərbaycan qanunlarının Avropa standartlarına uyğun hazırlanması barədə məlumat verib.

Millət vəkili onu da qeyd edib ki, ikinci Avrasiya forumu iki ildən sonra Türkiyə keçirilə bilər: "Bu təkliflə tədbirə qatılan Türkiyəli parlamentarilər çıxış ediblər"

Tədbirə Avropa Şurasına üzv olan ölkələrin, Orta Asiya dövlətlərinin parlamentarilərinin və beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığını deyən B.Əliyev Ermənistan tərəfindən heç bir nümayəndənin iştirak etmədiyini də bildirib: "Dəvət olunublar amma naməlum səbəblər üzündən tədbirə qatılmayıblar"

Almatı deklarasiyasının qəbul ediləcəyini deyən B.Əliyev tədbirin sentyabrın 17-də başa çatacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti