...

BAKIDA KÜVEYT-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN İCLASI KEÇİRİLƏCƏK

Siyasət Materials 19 Sentyabr 2005 12:46 (UTC +04:00)

Sentyabrın 21-də Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupu üzvlərindən ibarət nümayəndə heyəti Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycan Milli Məclisinin mətbuat xidmətindən bildirilib.

Missiyaya Küveyt parlamentinin daxili işlər və müdafiə məsələləri üzrə komissiyasının üzvü Əli Hamuuda Mansuura əl-Hadri rəhbərlik edəcək.

Nümayəndə heyəti ilk növbədə keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət edəcək, Fəxri və şəhidlər xiyabanına baş çəkəcək. Daha sonra Milli Məclisdə, Xarici İşlər, İqtisadi İnkişaf, Gənclər, İdman və Turizm Nazirliklərində görüşlər keçiriləcək.

Sentyabrın 24-də nümayəndələr Bərdə rayonunda məskunlaşmış məcburi köçkünlərlə görüşəcəklər.

Səfər sentyabrın 25-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti