...

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİ MSK-NIN SORĞUSUNA CAVAB VERİB

Siyasət Materials 23 Sentyabr 2005 17:19 (UTC +04:00)

Sentyabrın 23-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (MSK) Mərkəzi Seçki Komissiyasının (MSK) müvafiq sorğusuna cavab göndərib. Bu barədə Trend ə MSK-nın katibi Vidadi Mahmudlu məlumat verib.

Sorğu seçkilərə namizəd kimi qatılmış şəxslərin içərisində ağır və xüsusilə ağır cinayətlər törətmiş və məhkum olmuş: həmçinin məhkumluğu götürülməmiş şəxslərin olub-olmamasını müəyyənləşdirmək məqsədi güdüb.

V.Mahmudlunun sözlərinə görə, MSK namizədlərin içərisində ağır cinayətlərə görə məhkum olunan, məhkumluğu tam ödənilməyən şəxsləri müəyyən etmək üçün mümkün olan vasitələrdən istifadə edir. DİN-nə edilmiş sorğu da bununla bağlı olub.

MSK katibi DİN-nin MSK-nın sorğusuna verdiyi cavabda ağır cinayətlər törətmiş və yaxud məhkumluğu ödənilməmiş namizədlərin adlarının olub-olmaması ilə bağlı sualı indidən cavablandırmağı tələsik addım kimi qiymətləndirib.

V.Mahmudlu: "Həmin cavab əsasında hazırda araşdırmaları davam etdiririk. Bu araşdırma iki gün davam edəcək. Nəticəsi barədə də iki gündən sonra məlumat veriləcək".

Xəbər lenti

Xəbər lenti