...

AZƏRBAYCANDA KEÇİRİLƏCƏK PARLAMENT SEÇKİLƏRİNİN YEKUNLARINA MDB-NİN PARLAMENTLƏRARASI ASSAMBLEYASININ İCLASINDA BAXILACAQ

Siyasət Materials 24 Sentyabr 2005 14:48 (UTC +04:00)

Azərbaycanda keçiriləcək parlament seçkilərinin yekunları MDB üzvü ölkələrinin Parlamentlərarası assambleyasının (PAA) növbəti sessiyasının gündəliyinə daxil ediləcək.Bu barədə Trend ə MDB PAA-nın Sankt-Peterburqdakı mənzil qərargahından bildirilib.

Azərbaycan təərfi ilə razılaşdırılmaya əsasən, MDB ölkələrinin parlamentarilərindən ibarət qrup noyabrın 6-da keçiriliməsi planlaşdırılan parlament seçkilərinin səsverməsinin müşahidəsini həyata keçirəcək.Hazırda PAA-nın Mixail Krotovun başçılıq etdiyi nümayəndə heyəti Bakıdadır. Milli məclisin sədri Murtuz Ələsgərov və baş nazirin müavini Abbas Abbasovla keçirilən görüşlərdə seçkiqabağı kampaniyaların gedişi, Azərbaycanın doqquzuncu Peterburq beyənlxalq iqtisadi forumunda təqdimatının yekunları, eləcə də PAA çərçivsəində növbəti tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, noyabrın 17-də Sankt-Peterburqda MDB PAA Şurasının iclası, noyabrın 18-də isə Parlamentlərarası Assambleyanın plenar iclası keçiriləcək.

Xəbər lenti

Xəbər lenti