...

İSGƏNDƏR HƏMİDOV ATƏT-İN BAKI OFİSİNİN RƏHBƏRLİYİ İLƏ GÖRÜŞƏCƏK

Siyasət Materials 26 Sentyabr 2005 13:33 (UTC +04:00)

"Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) sədri İsgəndər Həmidov sentyabrın 27-də saat 12.00-da ATƏT-in Bakı ofisinin rəhbərliyi tərəfindən görüşə dəvət olunub". Bu barədə Trend agentliyinə AMDP sədrinin birinci müavini Şəmsəddin Rəhimli bildirib.

Onun sözlərinə görə görüşdə bir sıra məsələlərlə yanaşı partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmaması və seçkilərin saxtalaşdırılmasının qarşısının alınması məsələsi də əsas müzakirə obyekti olacaq: "Qaldırılası problemimiz çoxdur. Lakin onların həllinə şübhə ilə yanaşırıq. Ona görə ki, biz ATƏT-lə yanaşı bir sıra beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər etmişik".

Ş.Rəhimli onu da bildirib ki, ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə keçiriləcək görüşdə İ.Həmidov məhkumluğunun üzərindən götürülməsi üçün Avropa Məhkəməsinə edilən müraciəti də onların nəzərinə çatdıracaq.

Xəbər lenti

Xəbər lenti