...

"QAFQAZ REGİONUNDA HÜQUQİ ƏMƏKDAŞLIĞIN TƏKMİLLƏŞDİRİLMƏSİ" MÖVZUSUNDA REGİONAL SEMİNAR KEÇİRİLƏCƏK

Siyasət Materials 26 Sentyabr 2005 14:53 (UTC +04:00)

Sentyabrın 28-də BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Regional Yardım Proqramının Hüquqi Üardım layihəsi çərçivəsində Gürcüstanda növbəti regional seminar keçiriləcək. Trend məlumat verir ki, "Qafqaz regionunda hüquqi əməkdaşlığın təkmilləşdirilməsi" mövzusunda olan seminar qarşılıqlı hüquqi yardım və ekstrasiyanın həyata keçirilməsi və s. sahələri əhatə edəcək.

Tədbirdə həmin sahələr üzrə ixtisaslaşan Qazaxıstan, Rusiya, Ukrayna, Türkiyə, İran, Böyük Britaniya və ABŞ-ı təmsil edən mütəxəssislər iştirak edəcək.

Regional seminarın əsas məqsədi ekstradisiya, həbsin və qeyri-qanuni gəlirlərin müsadirəsi sahəsində hüquqi əməkdaşlıq üzrə effektiv mexanizmlərin öyrənilməsidir. Tədbir həmçinin regional və qonşu ölkələrin hüquq-mühafizə və məhkəmə idarələri arasında əməkdaşlığın möhkəmləndirilməsinə də təkan verəcək.

Xəbər lenti

Xəbər lenti