...

R.MƏLİKOV: ERMƏNİSTANDA KEÇİRİLƏCƏK HƏR HANSI HƏRBİ SEMİNARDA AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ İŞTİRAK ETMƏYƏCƏK

Siyasət Materials 26 Sentyabr 2005 18:00 (UTC +04:00)

Oktyabrın 6-dan 9-dək NATO proqramları çərçivəsində Ermənistanda keçirilməsi nəzərdə tutulan "Rouz Rout" hərbi seminarda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri işt irak etməyəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov bildirib.

R.Məlikovun sözlərinə görə, Rusiyanın "ARKA" informasiya agentliyinin Ermənistan parlamentinin milli müdafiə, daxili işlər və milli təhlükısizlik məsəsələri üzrə daimi komissiyasının sədri Mher Şahgeldyana istinadən yaydığı bu xəbər həqiqətə uyğun deyil.

Şahgeldyan agentlik əməkdaşı ilə söhbətində bildirib ki, həmin tədbirdə Azərbaycan Silahlı Qüvvələrindən bir nəfər iştirak edəcəyi planlaşdırılıb. Hətta Şahgeldyan həmin nümayəndənin təhlükəsizliyinin yüksək səviyyədə təşkil olunucağını da söyləyib. Lakin MN mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov Azərbaycan Silahlı Qüvvələrinin nümayəndəsinin sözugedən tədbirdə iştirakını yolverilməz sayıb. "Əvvəla, hər hansı ölkənin parlamentinin milli müdafiə, daxili işlər və milli təhlükısizlik məsəsələri üzrə daimi komissiyasının sədri Silahlı Qüvvələrin işinə müdaxilə edə bilməz və həmin şəxsin Silahlı Qüvvələr nümayəndələrinə aid olan hər hansı görüşdən danışması gülüncdür. İkincisi, bizdə NATO çərçivəsində Ermənistanda keçiriləcək hər hansı göruş barədə hələlik məlumat yoxdur. Əgər belə bir görüuş keçiriləcəksə də bizim Silahlı Qüvvələrin nümayəfndəsi həmin görüşdə iştirak etməyəcək" - deyə Ramiz Məlikov bildirib.

Xəbər lenti

Xəbər lenti