...

AZƏRBAYCAN NAMİNƏ HƏRƏKAT XARİCİ HƏRBİ BAZALARIN AZƏRBAYCAN ƏRAZİSİNDƏ YERLƏŞDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR

Siyasət Materials 26 Sentyabr 2005 19:38 (UTC +04:00)

"Azərbaycan Naminə Hərəkat (ANH) Azərbaycan ərazisində xarici hərbi bazaların yerləşdiriləcəyini dövlətçiliyimiz üçün böyük təhlükə hesab edir". Bu barədə Trend ə ANH rəhbəri, istefada olan ədliyyə generalı İlqar Qasımov bildirib.

Bu barədə ANH tərəfindən bəyanat qəbul edildiyini bildirən İlqar Qasımov bu prosesin həyata keçiriləcəyini Azərbaycan Respublikasının Konstitusiyasına və 1991-ci il 18 oktyabrda qəbul edilən Azərbaycakn Respublikasının Dövlət Müstəqilliy haqqnıda Konstitusiya Aktına zidd olduğunu qeyd edib.

"Unutmaq lazım deyil ki, Azərbaycan çox mürəkkəb və çox strateji coğrafi regionda yerləşir. Burada aparılan birtərəfli xarici siyasət Azərbaycanı regionda marağı olan digər güc mərkəzlərinin iqtisadi və siyasi sanksiyaları ilə üz-üzə qoya bilər" - deyən İ.Qasımov ABŞ rəsmilərinin Azərbaycanın Silahlı Qüvvələrinə yardım adı altında hərbi texnikasını bu dövlətin ərazilərində yerləşdirməyə cəhd göstərməsinə təəssüfləndiyini bildirib.

ANH bəyan edib ki, bu gün müxtəlif adlar altında Azərbaycanda istənilən bir ölkənin hərbi bazalarının yerləşdirilməsi prosesi baş verərsə hərəkat xalqı bu mübarizəyə səsləyəcək.

Xəbər lenti

Xəbər lenti