...

ELMAN OSMANOV: MƏHKUMLARIN ŞİKAYƏTLƏRİ RƏDD EDİLİB

Siyasət Materials 27 Sentyabr 2005 16:39 (UTC +04:00)

Qobustan Qapalı Həbsxanasında cəza çəkən və bu yaxınlarda cəzalarının dəyişdirməsi ilə bağlı Qaradağ rayon Məhkəməsində müraciət etmiş 52 məhkumdan 20-nin ərizəsinə baxı1ıb. Bu barədə Trend ə həmin məhkumlardan biri Nadir Məhərrəmovun vəkili Elman Osmanov məlumat verib.

E.Osmanov: "Həmin məhkumlar 1998-ci ilədək ömürlük azadlıqdan məhrum edilmişlərdir. Onlar cəza müddətlərinin dəyişdirilərək 15 ilə endirilməsini istəyirlər. Lakin Qaradağ rayon Məhkəməsi artıq 20 ərizəyə baxıb və hakim məhkumların müraciətini əsasız hesab edərək müraciətlərin rədd edilməsi barədə qərar çıxarıb. Həmin qərarların 4-ü Qobustan həbsxanasının rəhbərliyinə göndərilib və məhbuslar qərarlarla tanış olub".

Vəkil onu da bildirdi ki, yaxın vaxtlarda həmin məhkəmə tərəfindən digər 32 məhkumun ərizəsinə də baxılacaq. Ancaq vəkil artıq həmin müraciətlərin də təmin olunacağına inanmır. "Qaradağ rayon məhkəməsinin çıxardığı qərarlardan yaxın günlərdə apellyasiya şikayəti veriləcək"- deyə Elman Osmanov bildirib.

Xəbər lenti

Xəbər lenti