...

"SEÇİCİ QADINLAR LİQASI" NÖVBƏTİ SEMİNARINI KEÇİRİB

Siyasət Materials 30 Sentyabr 2005 17:49 (UTC +04:00)

"Seçici Qadınlar Liqası" sentyabrın 30-da "Müşahidəçilərin hüquq və vəzifələri" mövzusunda növbəti seminarını keçirib. Trend xəbər verir ki, seminar Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi "Seçici qadınların fərdi müşahidəçilik qabiliyyətinin inkişaf etdirilməsi" layihəsi çərçivəsində həyata keçirilir.

Layihə çərçivəsində Bakıda 4 seçki dairəsi - Yasamal (2), Nərimanov, Nəsimi və bölgələrdə - Lənkəran və Masallı seçki dairələrində 6 belə seminarın keçirilməsi planlaşdırılır. Layihənin məqsədi seçici qadınlardan ibarət fərdi müşahidəçilərin maarifləndirilməsi yolu ilə parlament seçkilərində müşahidənin gücləndirilməsinə, qadınların seçki monitorinqi prosesində aktivliyinin artırılmasına yardım göstərməkdir.

Seminar zamanı müşahidəçinin hüquq və vəzifələri, seçki günü ilə bağlı müşahidələrin nəticələrinə dair rəyin hazırlanması, qarşılıqlı qanun pozuntuları ilə bağlı şikayət və aktın hazırlanması qaydaları barədə geniş məlumat verilib.

Xəbər lenti

Xəbər lenti