...

ÇAĞIRIŞÇILARI HƏRBİ XİDMƏTDƏN YAYINDIRMIŞ HƏRBİ KOMİSSAR VƏ DİGƏR HƏRBÇİLƏR MƏHKƏMƏ QARŞISINDADIRLAR

Siyasət Materials 6 Oktyabr 2005 13:10 (UTC +04:00)

Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəməsində hakim Qürbət Əsgərovun sədrilyi ilə bir qrup hərbçinin məhkəməsi başlanacaq. Bu barədə Trend ə adıçəkilən məhkəmədən məlumat verilib.

AR CM-nin 311, 313, 320 və 341-ci maddələri ilə təqsirləndirilən şəxslər Əzizbəyov rayonun sabiq hərbi komissarı Elçin Məmmədov, N saylı hərbi hissənin xüsusi rabitə və məxfi rejim bölməsinin sabiq rəisi Etibar Rzayev, eyni hissənin təşkilat-komplektləşdirmə bölməsinin sabiq rəis köməkçisi Soltan Kərimov, Şamaxı rayon Hərbi komissarlığının sabiq işçisi Aslan Məmmədov, sabiq gizir Firudin Məmmədov, sabiq hərbi qulluqçu Anzor Tazarturkov və bir neçə mülki vətəndaşdır.

Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən irəli sürülmüş ittiham aktında göstərilir ki, bu şəxslər 2002-2005-ci illərdə 60-dan yuxarı hərbi çağırışçını rüşvət müqabilində hərbi xidmətdən yayındırıblar.

Təqsirləndirilən şəxslər vəzifə saxtakarlığı edərək çağırışçıları müxtəlif yollarla hərbi xidmətdən yayındırıblar. Hərbi xidmət müddəti başa çatdıqdan sonra isə onların guya hərbi xidmətdə olmaları barədə hərbi biletlərinə saxta məlumatlar daxil ediblər.

İstintaq müəyyən edib ki, hərbi komissar və digər hərbi qulluqçular gördukləri saxtakarlıq müqabilində çağırışçılardan ümumilikdə 10.000 ABŞ dolları alıblar.

Xəbər lenti

Xəbər lenti