...

MDB ÖLKƏLƏRİ BAŞ NAZİRLƏRİNİN İCLASI 25 NOYABRA PLANLAŞDIRILIB

Siyasət Materials 12 Oktyabr 2005 18:40 (UTC +04:00)

25 noyabra MDB ölkələri hökumət başçılarının növbəti iclası planlaşdırılıb.Bu barədə Trend ə MDB-nin Minskdəki İcra komitəsində bildirilib.

Müzakirə üçün 30-dan çox məsələnin daxil edilməsi nəzərdə tutulur, bunların 21-i artıq baxılmaq üçün hazırdır.Həmin məsələlər arasında Birlik dövlətlərinin ümumi elektrik enerjisi bazarının formalaşdırılması, MDB-nin daxili bazarında və üçüncü ölkələrin milli mal istehsalçılarının buraxdığı rəqabətə davamlı məhsullar (2010-cu ilədək olan dövrdə) bazarının irəliləyişini təmin edən orta müddətli tədbirlər kompleksi kimi məsələlər vardır.Gündəliyə həmçinin sərhədyanı əməkdaşlığa dair konvensiya layihəsi və təbii-texnogen xarakterli fövqəladə vəziyyətlərə üzrə Dövlətlərarası şura haqqında əsasnaməyə dəyişiklik və əlavələr edilməsinə dair məsələ də daxildir.

İclasda MDB ölkələri hökumət başçıları Şurası müzakirəsiz 25 müxtəlif sənədin imzalanmasını təklif edir.Bunların sırasında texniki reqlamentlərin harmonizasiyasının əsaslarına, xarici ticarətin gömrük statistikasının vahid metodologiyasına, məhsullar və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə Birliyin mükafatının təqdim edilməsi müsabiqəsinə,MDB ölkələrində böyüklərin təhsilinin inkişafı konsepsiyasına, gənclərlə iş sahəsində əməkdaşlığa dair sazişlər vardır. İmzalanmağa hazırlanan sənədlərin əsas hissəsi müdafiə xarakterli məsələlərə və hüquq-mühafizə idarələrinin qarşılıqlı təsir problemlərinə həsr olunub.Xüsusilə insan, onun orqanları və əzələ toxumalarının alveri ilə mübarizədə dövlətlərin qarşılıqlı əlaqələri, avtomobil nəqliyyatı vasitələrinin oğurlanması ilə mübarizə və bunların qaytarılmasının təmin edilməsində əməkdaşlığa dair, eləcə də mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi bürosuna dair sazişlərin müzakirəsiz imzalanması təklif edilir.

Hərbi məsələlər blokunda MDB dövlətləri silahlı qüvvələrinin qüvvə və hava hücumu vasitələrinə qarşı kompleks hərəkətin təmin edilməsi məqsədli proqramı, hava əleyhinə müdafiə birləşmiş sisteminin təkmilləşdirilməsi ümumi proqramının gerçəkləşdirilməsi müddətinin uzadılması və digər məsələlər barədə sənədlərin imzalanması əhəmiyyətlidir.

Bu və digər məsələlərə oktyabrın 12-də Moskvada MDB İqtisadi Şurasının 25-ci iclasında baxılıb.

Xəbər lenti

Xəbər lenti