...

Asim Mollazadə Qarabağ Gənclər Şurasının rəhbərliyi ilə əməkdaşlıq məsələsini müzakirə edib

Siyasət Materials 20 Oktyabr 2005 19:54 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə partiyanın mənzil-qərargahında Qarabağ Gənclər Şurasının sədri Vüqar Qədirov və onun müavini Zahid Əkbərovla görüşüb. Bu barədə Trend ə DİP-dən məlumat verilib. Görüş zamanı Dağlıq Qarabağ probleminin həlli istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər qərara gəliblər ki, 6 noyabrda keçiriləcək parlament seçkilərindən sonra Qarabağ probleminin həlli istiqamətində birgə sistemli iş aparsınlar.

Görüşdə Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının üzvü Mərdan Əfəndiyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti