...

Demokratik islahatlar partiyasının sədri seçicilərlə görüşüb

Siyasət Materials 24 Oktyabr 2005 14:54 (UTC +04:00)
Demokratik islahatlar partiyasının sədri seçicilərlə görüşüb

Demokratik islahatlar partiyasının sədri Asim Mollazadə 22 saylı Nəsimi ikinci seçki dairəsinin seçiciləri ilə görüşüb.Partiyada Trend ə bildirilib ki, A.Mollazadə görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Qarabağ müharibəsi əlillərinə Dövlət qayğısı, məmur özbaşınalığına son qoyulması, oliqarx və inhisarlarla mübarizə, sahibkarlığa dəstək və yeni iş yerlərinin açılması, aztəminatlı ailələrin sosial müdafiəsi və yoxsulluğun azaldılması, pensiyaçıların problemləri, keyfiyyətli səhiyyə və təhsil sisteminin yaradılması, eləcə də onun seçkiqabağı platformasında öz əksini tapmış digər sosial problemlər barədə danışıb.

Asim Mollazadə bəyan edib ki, ölkəmizin birinci problemi işğal olunmuş torpaqların azad edilməsidir.O, bu problemin həlli yolları, hərbçilərin və veteranların nüfuzunun yüksəldilməsi üçün əsas vəzifələr barədə danışıb.Neft gəlirlərinin ordunun gücləndirilməsi üçün prioritet istiqamət ollduğunu qeyd edən Asim Mollazadə bəyan edib ki, neft gəlirlərinin istifadəsi ərəb ölkələri təcrübəsi ilə yox, Norveç təcrübəsi ilədir.

Son günlərdə yüksək vəzifəli məmurların işdən çıxarılmasını və cinayət məsuliyyətinə cəlb edilməsini müsbət hal kimi qiymətləndirən Asim Mollazadə Azərbaycanda dövlət sisteminin dəyişməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti