...

Əli Əhmədov: Müxalifətin hansı mənbələr əsasında maliyyələşməsinə aydınlıq gətirilməlidir

Siyasət Materials 28 Oktyabr 2005 15:54 (UTC +04:00)

"Müxalifətin hansı mənbələr əsasında maliyyələşməsinə aydınlıq gətirilməlidir" Trend xəbər verir ki, bu barədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

YAP rəsmisi qeyd edib ki, bu gün Azərbaycanda qeyri-qanuni yollarla siyasətlə məşğul olanlar, qeyri-qanuni yolla hakimiyyət gəlməyə cəhd göstərənlər imkanlı insanlarla əməkdaşlıq etməkdə maraqlıdırlar: "Ancaq çox təəssüflə qeyd etmək istəyirəm ki, bu torlara iqtidarda yüksək vəzifə tutmuş şəxslər də düşürlər".

Ə.Əhmədov onu da vurğulayıb ki, Azərbaycanda siyasi proseslərə mənbəyi, mənşəyi düzgün olmayan çirkli pulların cəlb olunmasının qarşısını müvafiq orqanlar vaxtında almalıydı. Bu məsələ kifayət qədər diqqətdə saxlanmalıydı: "Əgər bu yanaşma vaxtında olsaydı, hesab edirəm ki, bu gün küçələrdə icazəsiz aksiyalar keçirmək cəhdləri də olmazdı".

Millət vəkili bildirib ki, prezidentin cəmiyyətin sağlamlaşması istiqamətində atdığı addımları hər bir vətəndaş dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti