...

Azərbaycan Liberal Partiyası beynəlxalq təşkilatlara müraciət edib

Siyasət Materials 29 Oktyabr 2005 15:12 (UTC +04:00)

"Azərbaycan Liberal Partiyası (ALP) beynəlxalq təşkilatlara müraciət edib". Bu barədə Trend ə ALP-nin mərkəzi seçki qərargahının rəhbəri Elman Məmmədzadə bildirib.

ALP-nin beynəlxalq təşkilatlara müraciət etməsinə səbəb Bakı məriyası tərəfindən onlara noyabrın 1-də Füzuli meydanında mitinq keçirmələrinə icazə verməməsi olub. Onu da bildirək ki, Bakı meriyası ALP-yə "Qələbə" meydanında mitinq keçirməsinə icazə verib. Lakin adıçəkilən partiya bununla razılaşmayıb.

E.Məmmədzadə onu da qeyd edib ki, Füzuli meydanı ALP lideri Lalə Şövkətin namizəd olduğu 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazinə düşdüyündən həmin ünvanda mitinq keçirmək istəyiblər: "Qələbə" meydanı isə başqa seçki dairəsinin ərazisindədir. Biz Füzuli meydanında dinc mitinq keçirmək niyyətindəydik".

Xəbər lenti

Xəbər lenti