...

Müstəqil Gənclər Seçki Bloku açıqlama yayıb

Siyasət Materials 2 Noyabr 2005 15:00 (UTC +04:00)

"Seçkiöncəsi vəziyyət, təbliğat-təşviqat kampaniyasının gedişi, bərabərhüquqlu mübarizə üçün yaradılan şərait yüksək qiymətləndirilib" Trend xəbər verir ki, bu barədə noyabrın 2-də Müstəqil Gənclər seçki blokunun təbliğat-təşviqat kampaniyasının yekunları ilə bağlı açıqlamasında bilirilib.

Açıqlamada qeyd olunub ki, blokun namizədləri təbliğat-təşviqat kampaniyası dövründə dövlət orqanları tərəfindən heç bir maneçiliklər rastlaşmayıblar. Blokun təsiçilərindən 3-ü, dəstəkləyənlərdən isə 8 nəfəri namizədliklərini geri götürüb.

Müstəqil Gənclər seçki bloku hesab edib ki, Azərbaycan prezidentinin seçkilərin ədalətli, şəffaf və demokratik keçirilməsi üçün atdığı addımlar daha vacib və məqsədəuyğundur. Blokun hər bir namizədi seçicilərlə keçirdiyi görüşlərində bu sərəncamlardan irəli gələn məqamların əhəmiyyəti barədə danışıblar.

Xəbər lenti

Xəbər lenti