...

MSK səsvermədə mürəkkəbdən istifadəyə dair bütün məntəqələrdə treninqlərə başlayıb

Siyasət Materials 2 Noyabr 2005 16:00 (UTC +04:00)

Trend-i buradan izləyin

6 noyabrda keçiriləcək parlament seçkisi günü seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi üçün oktyabrın 31-də Danimarkadan gətirilmiş mürəkkəb balonları və ultrabənövşəyi lampalar artıq seçki məntəqələrinə paylanılıb. Bu barədə Trend ə Mərkəzi Seəki Komissiyasının (MSK) katibi Natiq Məmmədov məlumat verilib.

Qeyd edək ki, parlament seçkisində bu yeni üsulun tətbiq edilməsi ilə bağlı Gürcüstanın Mərkəzi Seçki Komissiyası Azərbaycana 3000 balon şəffaf mürəkkəb və bir o qədər sayda mürəkkəbi oxumaq üçün müvafiq cihazlar verib. Danimarkadan isə 8 min balon şəffaf mürəkkəb, 2500 ədəd ultrabənövşəyi lampa gətirilib.

Natiq Məmmədov, həmçinin, bildirib ki, barmaqların mürəkkəblənməsi üsulunun Azərbaycanda ilk dəfə tətbiq olunduğu nəzərə alaraq Mərkəzi Seçki Komissiyası 3 gün ərzində məntəqə seçki komissiyalarının üzvləri üçün xüsusi treninqlər keçirəcək. Maarifləndirici treninqlər noyabrın 2-si, 3-ü və 4-də təşkil olunacaq və ölkə üzrə bütün məntəqələri əhatə edəcək. N.Məmmədovun sözlərinə görə, noyabrın 2-də artıq bu tədbirlərə başlanılıb və treninqlər keçmək üçün MSK katibliyinin əməkdaşları cəlb olunub. Maarifləndirici tədbirlərdə yalnız seçki məntəqələrinin mürəkkəbdən və ultrabənövşəyi şüadan istifadə edən üzvləri iştirak edəcəklər. Seçicilərin barmağına mürəkkəbi çiləyən və həmin mürəkkəb işarəsini detektor vasitəsilə yoxlayan şəxslərə bu təcrübə barədə məlumatlar, təlimlər veriləcək.

Xəbər lenti

Xəbər lenti