...

Deputat mandatı uğrunda 1544 nəfər mübarizə aparır

Siyasət Materials 5 Noyabr 2005 14:42 (UTC +04:00)

6 noyabrda keçiriləcək parlament seçkisində iştirak edən namizədlərdən noyabrın 5-dək 519 nəfəri seçki marafonundan uzaqlaşıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzindən məlumat verilib.

Seçki prosesindən uzaqlaşan namizədlərin 476 nəfəri özü könüllü şəkildə namizədliyini geri götürüb. 39 nəfərin namizədliyi Apellyasiya Məhkəməsi, 2 nəfərin namizədliyi isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunub. Bundan əlavə, namizədliyi qeydə alınanlardan 2 nəfəri vəfat edib.

Seçki marafonundan kənarlaşan 519 namizəddən 472 nəfəri kişi, 47 nəfəri isə qadındır. Hazırda deputat mandatı uğrunda 1544 nəfər namizəd mübarizə aparır. Xatırladaq ki, bu seçkidə ümumilikdə 2063 nəfərin namizədliyi qeydə alınmışdı.

Xəbər lenti

Xəbər lenti