...

Erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın rayonları üzrə keçirilən seçkilərin saat 11.00-a qədər olan nəticələri

Siyasət Materials 6 Noyabr 2005 12:33 (UTC +04:00)

Erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın rayonları üzrə keçirilən seçkilərin saat 11.00-a qədər olan nəticələri barədə İqbal Babayev məlumat verib. Trend xəbər verir ki, 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə 3,45% seçici səs verib. 119 saylı Ağdam kənd dairəsi üzrə 5,36%, 120 saylı Cəbrail-Qubadlı dairəsi üzrə 9,97%, 121 saylı Laçın seçki dairəsindən - 8,78%, 122 saylı Xankəndi dairəsindən 9,99%, 123 saylı Kəlbəcər seçki dairəsindən 8,9%, 124 saylı Şuşa-Fizuli-Xocalı-Xocavənd dairəsindən 4,85%, 125 saylı Zəngilan-Qubadlı dairəsindən isə 6,16% seçici səs verib. Bu rəqəmlər ölkənin müxtəlif regjionlarına səpələnmiş məcburi köçkünlərin saat 11.00-a qədər olan səsvermədə iştirak göstəriciləridir.

Saat 11.00-a ölkə üzrə seçicilərin səsvermədə iştirakı 6,62%-ə çatıb.

Xəbər lenti

Xəbər lenti