...

Fuad Axundov: "Mitinq keçirməklə xalqın səsini qazanmaq olmaz"

Siyasət Materials 9 Noyabr 2005 19:20 (UTC +04:00)

"Müxalifət seçkilərdə xalqın etimadını qazanmayıbsa, buna görə Mərkəzi Seçki Komissiyasını günahlandırmaq məntiqsizdir". Bu barədə Trend ə Prezident Aparatı ictimai-siyasi şöbəsinin siyasi araşdırmalar bölməsinin müdiri Fuad Axundov bildirib.

O, qeyd edib ki, "Azadlıq" seçki blokunun rəhbərləri seçki öncəsi bəyan etmişdi ki, onlar yalnız "exit-poll"u keçirən "PA Consaltinq Qroup" şirkətinin nəticələri ilə razılaşacaqlar: "Adıçəkilən şirkətin nəticələri də onu göstərib ki, seçkilər və səsvermə demokratik keçirilib".

Prezident Aparatının əməkdaşı onu da bildirib ki, seçkilərdə xalqın səsini qazanmayan müxalifət bunun günahını başqasında deyil, özündə axtarmalıdır: "Mitinqlər keçirməklə xalqın etimadını, səsini qazanmaq olmaz. Əgər müxalifət bunu düşünürsə, yanılır".

Xəbər lenti

Xəbər lenti