...

AQB "Azadlıq" blokunun mübarizəsinə qoşulmayacaq

Siyasət Materials 16 Noyabr 2005 15:41 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr bloku (AQB) "Azadlıq" blokunun yenidən seçkilərin keçirilməsi ilə bağlı təşkil etdiyi mübarizə proseslərində iştirak etməyəcək". Bu barədə Trend ə adıçəkilən blokun Mərkəzi Seçki Qərargahının rəhbəri Rövşən Əhmədli bildirib.

Qeyd edək ki, AQB bu barədə noyabrın 16-da keçirdiyi toplantısında qərara gəlib. R.Əhmədlinin sözlərinə görə təmsil etdiyi blok Fövqəladə Seçki Komitəsinin üzvüdür: "Hüququ pozulan namizədlərin mübarizəsini "Azadlıq" blokunun adı ilə bağlamaq düz deyil. Bir də mübarizəni aparmaq istəyirlərsə, gəlib bizim komitədə aparsınlar".

R.Əhmədli onu da qeyd edib ki, AQB noyabrın 19-da "Qələbə" meydanında keçiriləcək mitinq-yürüşdə iştirak etməyəcək: "Blokun fərdi üzvləri bu prosesə qatıla bilərlər".

Xəbər lenti

Xəbər lenti