...

Mübariz Qurbanlı: "Küçələrdə heç bir problem həll olunmur"

Siyasət Materials 18 Noyabr 2005 12:54 (UTC +04:00)

"Müxalifət məsələləri küçələrdə mitinq-yürüşlərlə yox, dəyirmi masa arxasında müzakirə etməlidir". Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibinin müavini Mübariz Qurbanlı bildirib.

YAP rəsmisi onu da bildirib ki, küçələrdə heç bir problem həll olunmur: "İqtidar hər hansı bir siyasi qüvvə ilə dialoq aparmağa hazırdır. Ancaq gərək masa arxasında əyləşən müxalifətin niyyəti saf olsun. Təəssüflər olsun ki, müxalifət bu niyyətdən uzaq düşüb onu narahat edən məsələləri meydanlarda həll etmək istəyir. Belə bir seçim isə nəticə vermir".

M.Qurbanlı onu da qeyd edib ki, müxalifət parlament seçkilərində uğradığı məğlubiyyəti mitinq-yürüşlər keçirməklə sığortalamaq istəyir. Ancaq müxalifət bu gücə də malik deyil: "Müxalifətin belə gücü, ictimaiyyət arasında nüfuzu olsaydı, seçkilərdə səs qazanardı".

Qeyd edək ki, müxalifət seçkilərin nəticələrinə etiraz olaraq noyabrın 19-da "Qələbə" meydanında icazəli mitinq keçirəcək.

Xəbər lenti

Xəbər lenti